Avropa İttifaqının (Aİ) Mülki Missiyasına məxsus patrulun Laçın dəhlizinə gedən yolu müşahidə etməsi ilə bağlı video yayılıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter” hesabında bildirib.
“Patrul o zaman Azərbaycan-Ermənistan sərhədindən təxminən 1,2 km aralıda nəzarət-buraxılış məntəqəsində idi. Missiya öz mandatına uyğun olaraq yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və dəhlizə daxil olmayıb”, – deyə Klaar qeyd edib.
Müstəqil.Az