Gecələr yatmağımıza mane olan nədir? — Siqaret,telefon və ya…

Gecələr yatmağımıza mane olan nədir? — Siqaret,telefon və ya…

Elmi tədqiqatlar göstərir ki, insanların 27 faizində daimi yuxuya getmək problemi var, 73 faiz isə vaxtaşırı həmin problemi yaşayır.

Lakin bir çox vərdişlər də mövcuddur ki, onlar bizi gecələr yatmağa qoymur.

“Qafqazinfo” bizi yatmağa qoymayan vərdişləri təqdim edir:

Siqaret çəkmək…

Siqaretin tərkibində olan nikotin yuxu prosesinə mənfi təsir göstərir. O, ürək döyüntülərini sürətləndirir və qan təzyiqini yüksəldir. Bu da öz növbəsində beyinin ayıq qalmasına yol açır.

İdman etmək…

İdman etmək yuxu rejiminə yaxşı təsir edir, lakin onu yatmazdan ən az 3-4 saat əvvəl etmək lazımdır. Çünki məşqdən dərhal sonra əzələlə və bədənimiz oyaq olduğundan yuxuya getmək çətin olacaqdır.

Çox miqdarda su qəbul etmək…

Yatmazdan əvvəl az miqdarda su içmək sağlamlığa xeyirlidir. Lakin çox miqdarda su qəbul etmək gecə ərzində sidik ifrazı və qarın şişməsinə səbəb olacaq.

Əlavə yuxu…

Düzgün vaxtda yuxuya getməyin bədənə müsbət təsirləri var. Axşama yaxın saatlarda qısa bir yuxu almaq isə gecə yatmağımıza çətinlik yaradacaqdır.

Yaradıcı fəaliyyətlə məşğul olmaq…

İncəsənət rahatlıq yaradan fəaliyyət növüdür, lakin onun gecə yatmazdan əvvəl edilməsi heç də beyin üçün xeyirli deyil. Gecə yuxuya getməmişdən öncə rəsm çəkmək və musiqi alətində ifa etmək beyini işlək vəziyyətdə saxlayacaq. Bu, da öz növbəsində yuxu prosesinə çətinlik yaradacaq.

Elektron cihazlardan istifadə etmək…

Elektron cihazların yaydığı şüalar yuxunuz üçün çox zərərli olduğuna görə yatmazdan əvvəl kompüter və telefonları söndürmək tövsiyə olunur. Yatmazdan öncə telefonda oxunan kitablar da yuxunun keyfiyyətinə mənfi təsir edir.

Dərman qəbul etmək…

Əgər yata bilməməkdən qorxursunuzsa, gecə qəbul edə biləcəyiniz yeganə dərman yuxu həbləri olmalıdır. Təbii ki, bu dərmanları həkiminizlə məsləhətləşdikdən sonra içmək daha məqsədəuyğundur. Digər dərmanları günün ilk saatlarında içmək isə sağlamlığınıza effektiv təsir göstərəcək.

Qarışıq hislər keçirmək…

Qarışıq hisslər yatmağınıza kömək etməyəcək. Yatmadan əvvəl kiminləsə mübahisə etmək yuxu prosesinə mənfi təsir göstərir. Odur ki, yatmazdan əvvəl qorxu filmlərinə baxmayın. Beyin və vücudunuz nə qədər sakit olarsa, bir o qədər dərin və yaxşı yuxuya gedə bilərsiz.

İsti duş qəbul etmək…

Bir çox insanlar isti duşun yaxşı yuxunun açarı olduğunu düşünür. Amma həkimlərin fikrincə, bizi yuxuya aparan isti duş deyil. Temperatur dəyişikliyi nə qədər fərqli olarsa, bir o qədər çox yatmaq istəyirik. Buna görə də yatmaq üçün soyuq duş qəbul etmək daha məqsədəuyğundur.

Ev heyvanları ilə yatmaq…

Bir çox ev heyvanı sahibləri onlarla yatmağa üstünlük versələr də, bu, düzgün seçim deyil. Çünki heyvanların yuxu rejimi insanlardan xeyli fərqlidir, onların yuxu vaxtı daha az olduğundan tez-tez mövqelərini dəyişirlər. Bu da gecə ərzində dəfələrlə oyanmağınıza səbəb ola bilər.


Share: