Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi rəsmi olaraq qüvvəyə minib.
“Qafqazinfo” xəbər verir ki, qərara əsasən, Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları Aişat və Karina sanksiyalara məruz qalıb.
Məhdudiyyət qoyulanlar sırasında rejissor Nikita Mixalkov, ifaçı Qriqori Leps, teleaparıcı Boris Korçevnikov, deputatlar Aleksandr Jukov və Anastasiya Udaltsova da var.