Bu ölkələrin təyyarələri Bakıya məcburi eniş etdi

Bu ölkələrin təyyarələri Bakıya məcburi eniş etdi

Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın AirAsia aviaşirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş sorğusu göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

“Airbus-330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına eniş edib. Həmçinin səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportu duman səbəbindən Tbilisi hava limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakı hava limanından təyinat yerinə yola düşüb”, – məlumatda bildirilir.


Share: