Ceyms Kemeron ekranlaşdırdığı “Titanik” filminin sonunda filmin qəhrəmnı Cekin Titanikdə öldüyünü sübut etmək üçün tibbi ekspertiza təşkil edib.
Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, Di Kaprionun canlandırdığı obrazın filmin finalında sağ qala biləcəyi ilə bağlı illərlə davam edən tamaşaçı mübahisələrindən yorulan “Titanik”in rejissoru Ceyms Kemeron gözlənilmədən mübahisələrə son qoymaq qərarına gəlib.
Belə ki, rejissor Leonardo Di Kaprio və Keyt Uinsletin qəhrəmanları ilə eyni bədən quruluşuna və bədən çəkisinə malik bir həkim-ekspert və iki kaskadyoru işə götürüb. Cek Dousonun niyə sağ qala bilməyəcəyinin bəlli olacağı eksperimentin nəticələrini Cameronun National Geographic üçün Titanik filminin çəkilişləri ilə bağlı sənədli filmində təqdim edəcək.
Filmin premyerasından əvvəl isə rejissorun özü qəhrəman Di Kaprionun heç bir şansının olmadığına eyham vuraraq demişdi:
“Filmdəki “sal”ı əks etdirən hipotermiya mütəxəssisi ilə hərtərəfli məhkəmə-tibbi ekspertizası apardıq. Eksperiment zamanı buzlu suda olan iki kaskadyorun üzərinə də xüsusi sensorlar yerləşdirdik və onların müxtəlif xilasetmə üsullarından istifadə edərək sağ qalıb-qalmadıqlarını yoxladıq. Təcrübənin nəticələrinə görə, məlum oldu ki, yalnız bir nəfər sağ qala bilər”.