Hindistanın Bihar əyalətində bir neçə gün ərzində 80-ə yaxın insan saxta alkoqollu içkinin qurbanı olub.
Məlumata görə, onlar saxta likör içiblər.
Ən çox belə hal 74 nəfərin öldüyü Saran rayonunda, daha 6 nəfər qonşu Şivan, 2 nəfərin ölümü isə Bequsarayda qeydə alınıb.
Bildirilib ki, saxta məhsullar digər ştatlardan – Uttar Pradeş və Haryanadan gətirilib.
Ölkənin Milli İnsan Hüquqları Komissiyası faciə ilə bağlı Bihar hökumətinə və əyalət polis rəisinə bildirişlər göndərib.
Mənbə: lenta.ru