Pentaqon UNO barədə məlumat yaydı

Pentaqon UNO barədə məlumat yaydı

Pentaqonun UNO (uçan naməlum obyekt) barədə xəbərləri araşdırması nəticəsində indiyədək yadplanetlilərin Yer kürəsini ziyarət etdiyinə dair heç bir sübut əldə olunmayıb.

Bu barədə ABŞ Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Pentaqonun istər kosmosda, istər səmada, istərsə də suyun altında anormal, naməlum obyektləri tədqiq etmək səyləri yüzlərlə yeni hesabatlarla nəticələnib ki, hazırda onlar araşdırılır. Ancaq indiyə qədər şüurlu yadplanetli həyata işarə edəcək heç nə tapılmayıb.

Müdafiə nazirinin kəşfiyyat və təhlükəsizlik üzrə müavini Ronald Moultri məlumatı təsdiqləsə də, Pentaqonun yeni yaradılmış Anomaliyalar İdarəsinin (AARO) direktoru Şon Kirkpatrik yerdən kənar canlıların mövcudluğunu istisna etməyib və tədqiqata elmi yanaşdığını bildirib.

Qeyd edək ki, keçən il hökumətin hesabatında ABŞ ordusunun rəsmi olaraq “naməlum hava hadisələri” adlandırdığı 140-dan çox insident sənədləşdirilib. Bir hal istisna olmaqla, bütün bu müşahidələr izah edilməmiş qalır və əlavə təhlilə eytiyac duyur.

Mənbə: rbc.ua

Share: