London Kral Kolleci və Lozanna Universitetinin alimləri alkoqolsuz yağlı qaraciyər xəstəliyi (NAFLD) ilə beyin funksiyasının pozulması arasında əlaqə tapıblar.
Alimlər siçanları iki fərqli pəhrizlə qidalandırıblar. Siçanların yarısına ümumi kalorinin 10%-dən çox olmayan yağ, digər yarısı isə 55% yağ tərkibli qidalar verilib.
16 həftədən sonra tədqiqatçılar bir sıra koqnitiv testlər keçirib və heyvanların qaraciyər funksiyasını qiymətləndiriblər.
Onlar müəyyən ediblər ki, daha yüksək səviyyədə yağ istehlak edən bütün siçanlarda piylənmə əlamətləri inkişaf edib və insulin müqavimətilə beyin disfunksiyası yaranıb.
Alimlər müəyyən ediblər ki, qaraciyərdə yağın yığılması beynin oksigenlə təchizatının azalmasına və beyin toxumasının iltihabına səbəb olur.
Mənbə: gazeta.ru