Köhnə Ələt – Astara yolunda ağır-qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində ağır tonajlı yük maşını sərnişin mikroavtobusu ilə toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər ağır xəsarət alıb.
***
Biləsuvarda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
Bunlar Yardımlı rayon sakinləri, 1961-ci il təvəllüdlü Veysəl Xəlilov, 1977-ci il təvəllüdlü Nazim İmanov, 1956-ci il təvəllüdlü Səmədxan Abdullayev, Biləsuvar rayon sakinləri, 1996-ci il təvəllüdlü Amina Mehralıyeva, 2017-ci il təvəllüdlü İbrahim Əliyev və Sabirabad rayon sakini, 1947-ci il təvəllüdlü Sərədxan Əliyevdir.