Mərakeş millisinin futbolçusu Əşrəf Hakimi Xorvatiya ilə DÇ-2022-nin üçüncü yer uğrunda oyundan (1:2) sonra FİFA prezidenti Canni İnfantino ilə arasındakı qalmaqaldan danışıb.
“Qafqazinfo” goal.com-a istinadən xəbər verir ki, oyunçu etdiyi hərəkətə görə üzr istəyib:
“Heç nə olmayıb. Matçın bitməsindən sonra əsəbiləşdim. İnfantino ilə danışmağa getdim. Ona dediyim sözlərə görə üzr istədim. O, mənim dostumdur və mən İnfantinoya çox hörmət edirəm, ona görə də heç nə baş vermədi”.
Qeyd edək ki, müdafiəçi DÇ-2022-də 3-cü yerin mükafatlandırma mərasimindən əvvəl İnfantinonu tribunaların altındakı otaqda tapıb və orada futbol təşkilatının rəhbərini tənqid edib. Hakimi FİFA-nın Mərakeşin dünya çempionatının medallarını qazanmasını istəməməsi ilə bağlı ittiham edib. Əşrəf üçüncü yer uğrunda oyuna, eləcə də Fransa ilə yarımfinala (0:2) hakim təyinatından da narazılığını bildirib.