Son dövrlər Səudiyyə Ərəbistanı dünya ictimaiyyətinin diqqət mərkəzindən düşmür. Ölkədə ictimai-siyasi həyatda baş verən , ərəb və İslam ölkələrinə xas olmayan dəyişikliklər fövqəladə hadisə kodu ilə xəbərlərdə keçir.
Son hadisələr də bu qəbildəndir. Bəzi informasiya saytları daha fərqli yanaşma nümayiş etdirir. Misal üçün ” Səudiyyə Ərəbistanında zəlzələ”, “ Səudiyyə Ərəbistanında böyük şok” və sair .
Əvvəlcə, nə baş verdiyinə diqqət yetirək:- Bu ölkədə Hərbi Hissələrinin Qərargah rəisi Abdurrahman bin Salih el-Bunyan və Hava Qüvvələri Komandanı Muhammed bin Avad Suhaym təqaüdə göndəriliblər.
Bununla yanaşı yuxarı səviyyədə çox yüksək vəzifə tutan bir qrup şəxs təqaüdə göndəriliblər.
Səudiyyə Ərəbistanı rəsmi informasiya agentliyi ola SPA-nın verdiyi xəbərə görə Krallıq sərəncamı əsasənda vəzifədən azad edilənlər arasında aşağıdakı şəxslərin adları yer tutur:
-Quru Qoşunları Komandanı Fehd bin Turki bin Abdülaziz, Daxili İşlər Nazirinin müavinləri- Ahmed es-Salim , Hamed bin Halef el-Halef, Əmək və Sosial İnkişaf Nazirinin müavini Ahmed el-Humeydan, Xarici İşlər Nazirinin köməkçisi Yusuf es-Sadun. Cevf regionu üzrə əmir Fəhd bin Bender de vəzifələrindən azad olunanlar sırasındadır.
Boşalan vəzifələrə yeni təyinatların olması barədə informasiya da var. Onlar aşağıdakı kimidir:
Qərargah rəisi vəzifəsinə Feyyaz er-Ruveyli, Quru Qoşunları Komandanı vəzifəsinə Fehd el-Matir, Hava Qüvvələri Komandanı vəzifəsinə Turki bin Bəndər bin Abdülaziz, Daxili İşlər Nazirinin yardımçıları vəzifəsinə Bəndər bin Abdullah el-Məşari ve Muhamməd el-Muhənna, Xarici İşlər Nazirinin yardımçısı vəzifəsinə Ahməd Kattan, İqtisadiyyat və Planlama Naziri yardımçısı vəzifəsinə Halid bin Suud əş-Şənifi ve Faysal bin Fadıl əl-İbrahim , Əmək və Sosial İnkişaf Naziri yardımçısı vəzifəsinə Temadır bin Yusuf ər-Rəmah, Səudiyyə Ərəbistanı Baş Prokuronun yardımçısı vəzifəsinə Şəlan bin Racih bin Şəlan, Şura Məclisi Baş Katibi vəzifəsinə Muhammed bin Dahil el-Matiri təyin olundular.
Səudiyyə Ərəbistanı Kralı Selman bin Abdulaziz eyni zamanda Milli Müdafiə Strategiyasının inkişaf etdirilməsi çərçivəsində hazırlanan və insan ehtiyatları ehtiyaclarını əhatə edən Müdafiə Nazirliyi proqramını da imzalayıb.
Təbi ki, normal inkişaf etmiş, demokratik ölkələrdə bu cür yerdəyişmələr və vəzifə təyinatları sakit və səs – küy yaratmadan qəbul və izah edilir. Səudiyyə Ərəbistanı bu baxımdan istisnadır. Orada iqtisadi, siyasi, hərbi sahədə baş verən istənilən dəyişiklik sensasiya səciyyəsi dəaşıyır. Çünki bu ölkə İslam ölkələri arasında xüsusi çəkiyə malikdir, qonşu ölkədə- Yəməndə müharibə aparır, Ərəb və İslam dünyasının problemi hesab olunan İsraillə yaxınlaşmağa cəhd edir və nəhayət digər İslam ölkəsi və regional dövlət olan İranla ciddi qarşıdurmadadır.
Deməli Krallığın hərbi və müdafiə sahəsində atdığı hər addım uzaq gedən məqsədlər istiqamətində atılır.
Yaxın burada baş verən dəyişikliklərin əks-sədasını eşidəcəyik.
Əlimusa İbrahimov
Politoloq.