ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edildi

ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edildi

Meksika ilə sərhəddə yerləşən Amerikanın El Paso şəhərinin meri Oskar Liser miqrant axını ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Merin sözlərinə görə, həftə ərzində miqrant axını demək olar ki, üç dəfə – 2,5 min nəfərdən 6 min nəfərə qədər artacağı gözlənilir.

“Əməkdaşların bunun öhdəsindən gələ biləcəyini soruşduqda, cavab mənfi oldu. Bu isə o demək idi ki, mən dərhal hərəkətə keçməli idim”, – deyə Liser bildirib.

El Paso administrasiyasından vurğulanıb  ki, miqrant axınının öhdəsindən gəlmək üçün daha çox resurs və miqrantlar üçün daha çox sığınacaqlar qurulacaq.

Eyni zamanda, El Pasoda dondurucu temperaturda açıq havada yatan miqrantların sayında nəzərəçarpacaq artım olduğu bildirilib.

Mənbə: 1prime.ru

Share: