“Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası üçün razılıq əldə olunub”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.
“40 ekspertin monitorinq üçün Ermənistana yerləşdirilməsi səmərəli nəticə verdi. Aİ-nin Cənubi Qafqazda fəaliyyətində yeni mərhələyə başlayır. Aİ-nin Ermənistandakı daha uzunmüddətli missiyasının əsas məqsədi regionda sülhə töhfə verməkdir”,- deyə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.