Aİ ölkələri qazın qiymətinin məhdudlaşdırılması ilə bağlı razılığa gəliblər.
Bu barədə bazar ertəsi jurnalistlərə İttifaqdakı Çexiyanın sədrliyinə bağlı mənbə məlumat verib.
Məlumata görə, qazın qiyməti hər MVt/saat üçün 180 avro ilə məhdudlaşdırılacaq. Razılaşma, demək olar ki, yekdilliklə əldə olunub.
Xüsusilə, bir neçə ay ərzində razılaşmanın mümkünlüyünü rədd edən Almaniya da qərara yaşıl işıq yandrıb.
Mənbə: TASS