Kiyevin “Məğlubedilməz Milad ağacı” — Fotolar

Kiyevin “Məğlubedilməz Milad ağacı” — Fotolar

Müharibə nəticəsində enerji infrastrukturunun ciddi şəkildə zədələndiyi Ukraynanın paytaxtı Kiyevdə əsas yolka generatorla işıqlandırılıb.

“Qafqazinfo” xəbər verir ki, ənənəvi yolka mer Vitali Kliçkonun da iştirak etdiyi mərasimlə işıqlandırılıb.

Paytaxtın mərkəzindəki Sofiya meydanında qurulan yolkaya baxmaq üçün çoxlu insan küçələrə axışıb.

Mərasimdə iştirak edən Kiyev meri jurnalistlərə açıqlamasında bu il müharibə səbəbindən Milad və Yeni il bayramlarına hazırlıqların kiçik miqyasda aparıldığını qeyd edib:

“Bu il, təbii ki, qeyd etmələrin formatı fərqlidir. Yolka əvvəlki kimi böyük və qəşəng deyil. Onun hündürlüyü keçən ilki kimi 31 metr deyil, 12 metrdir. Biz ona “Məğlubedilməz Milad ağacı” adını vermişik” .



Share: