Rusiya Federasiya Şurasının keçmiş üzvü Leonid Nevzlin Mariupol şəhərinin görüntüləri paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, yəhudiəsilli iş adamı şəhərin görüntülərini teleqram hesabında izləyiciləri ilə bölüşüb.
O qeyd edib ki, videonu ona dostları göndərib.
“Putinin təbliğatı insanlara göstərir ki, guya Mariupol Ukrayna Silahlı Qüvvələri tərəfindən dağıdılıb.
Burada Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələri əks olunub”, -deyə biznesmen bildirib.
Xatırladaq ki, mayın 20-də 81 günlük mühasirədən sonra Mariupolun müqaviməti sona çatıb.