“Eybəcərsən” sözünün qisası 290 min dollar oldu

“Eybəcərsən” sözünün qisası 290 min dollar oldu

Çinli qadın sosial şəbəkədə 12 il özünü kişi kimi təqdim edərək rəfiqəsini aldadıb və ondan külli miqdarda pul alıb.

Bu barədə Çin polisi xəbər verib.

Hüquq mühafizəçilərin sözlərinə görə, qadın bunu qisas məqsədiylə edibmiş.

Belə ki, rəfiqəsinin anası uzun müddət əvvəl onun eybəcər olduğunu və ailəsinin maddi vəziyyətinə görə heç bir zaman ərə getməyəcəyini deyib. Bu qadını çox pis incidib və intiqam planı fikirləşib. Bir müddət sonra o, rəfiqəsinin anasına bir teleaparıcı ilə tanış olduğunu və onun evlənmək üçün özünə həyat yoldaşı axtardığını deyib. Heç nədən şübhələnməyən yaşlı qadın isə onu qızı ilə tanış etməsini istəyib. Məqsədinə çatan fırıldaqçı bundan sonra sosial şəbəkə ilə kişi adından rəfiqəsi ilə danışmağa başlayıb. Zərərçəkmiş hər dəfə həmsöhbətlə üzbəüz görüş istədikdə, dostu bəhanə taparaq tarixi qeyri-müəyyən müddətə təxirə salıb. Rəfiqəsinin onlayn xarakterə aşiq olduğunu bilən çinli qadın hər cür bəhanələr uyduraraq ondan maddi yardım istəməyə başlayıb və beləliklə 290 min dollardan çox pulunu mənimsəyib.

Qurban bütün pullarını xərclədikdən sonra şübhələnir. Dələduzluğun bitdiyini hiss edən fırıldaqçı dostuna hər şeyi etiraf edib və  hadisəni danışıb, ondan polisə xəbər verməməsini yalvarıb, lakin zərərçəkən polisə müraciət edib.

Fırıldaqçı qadını uzun müddət həbs cəzası gözləyir.

Mənbə: Gazeta.ru

Share: