“NATO ilə Rusiya arasında birbaşa toqquşma olarsa, Alyansın qüvvələri tez müddətdə – üç gün ərzində qalib gələ bilər”.
Bunu ABŞ-ın Respublikaçılar Partiyasından konqresmen Adam Kinzinqer deyib.
O bu qənaəti barədə “Twitter” mikrobloqunda yazıb.
Konqresmen bu bəyanatı istifadəçilərdən birinin sualına cavab olaraq verib. İstifadəçi sual verib ki, “əgər onlar bu qədər gücsüzdürlərsə, niyə hərbi-siyasi alyans indiyə qədər Rusiya hərbçilərini məğlub etməyib”.
“Ümid edirəm ki, bu zarafatdır. Çünki (müxalifət – red.) NATO-nun Rusiyaya qarşı durması əsl üç günlük əməliyyata bənzəyər”, – deyə konqresmen cavablayıb.
Mənbə: Zn.ua