Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin Şuşaya səfəri başlayıb.
“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, nümayəndə heyəti şəhərin tarixi məkanlarını ziyarət edəcək, işğal dövründə ermənilərin törətdikləri dağıntılara baxacaq, şəhərdə aparılan tikinti-yenidənqurma işləri ilə tanış olacaqlar.
Daha sonra diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumu keçiriləcək. Bu tədbir ötən gün Bakıda başlayıb və Şuşada davam etdiriləcək.
Nümayəndə heyətinə Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerzhan Mukaş, Macarıstanın Milli Siyasət üzrə Dövlət katibi Arpad Yanos Potapi, Qırğız Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliev, Qazaxıstan Respublikasının “Otandastar” Fondunun beynəlxalq şöbəsinin müdiri Kalıbek Koblandin, və Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi Katibliyinin rəisi Kemal Köprülü daxildir.