Bakı Avrasiya Universitetində elmi konfransı keçirildi

Bakı Avrasiya Universitetində elmi konfransı keçirildi

Bakı Avrasiya Universitetində Tələbə Elmi Cəmiyyəti, Daxili keyfiyyət təminatı və Audit sektorunun təşəbbüsü ilə “Keyfiyyət təminatı sistemində vəzifə və öhdəliklər” adlı elmi konfransı keçirilib.

BAAU-dan “Qafqazinfo”ya bildirilib ki, konfransın əsas məqsədi  təhsilalanların ali təhsil müəssisələrində mövcud olan keyfiyyət təminatı sistemi haqqında məlumatlandırılması və  keyfiyyət mədəniyyətinin formalaşdırılmasından ibarətdir.

Açılış nitqi ilə çıxış  edən universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova iştirakçıları salamlayaraq ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminin zəruriliyinə diqqət çəkib.

Bakı Avrasiya Universitetinin Tədrisin təşkili departamentinin rəhbəri prof. Mənsim Məmmədov iştirakçıları salamlayaraq onlara təhsil həyatında elmi fəaliyyətin önəmindən söz açıb.

Daha sonra Daxili keyfiyyət təminatı və audit sektorunun müdiri Talıbova Esmira Keyfiyyət təminatı adlı təqdimatla çıxış edərək sözü konfrans iştirakçılarına verdi.

Konfransın 2-ci hissəsində müxtəlif ali təhsil müəssisələrindən olan  32 gənc tədqiqatçının məruzələri dinlənilib və konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.


Share: