ABŞ Senatı Linn Treysini ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə təsdiqləyib. Diplomat təsdiqlənmək üçün kifayət qədər səs toplayıb.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden hələ sentyabr ayında ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri vəzifəsinə Treysinin namizədliyini irəli sürüb.
Xatırladaq ki, bunadək o, ABŞ-nin Ermənistandakı səfiri kimi çalışıb.
Mənbə: TASS