ABŞ Ukraynaya ilk dəfə “Patriot” zenit-raket kompleksləri verir

ABŞ Ukraynaya ilk dəfə “Patriot” zenit-raket kompleksləri verir

ABŞ bu dəfə Ukraynaya 1,8 milyard dollar həcmində hərbi yardım göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, ABŞ Ukraynaya ilk dəfə “Patriot” zenit-raket kompleksləri verəcək.

Yardımın 1 milyardı Dövlət Departamenti, 850 milyon dolları isə Pentaqon vasitəsilə ayrılacaq.

Qeyd edək ki, Rusiya ilə hərbi əməliyyat başlayandan ABŞ hakimiyyətinin Ukraynaya ümumi hərbi yardımın həcmi 19,3 milyard dolları ötüb.


Share: