window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
AFFA İntizam Komitəsi “Turan Tovuz” və “Kəpəz” komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda baş verənlərə hüquqi qiymət verib.
“Report”un məlumatına görə, Tovuz təmsilçisinin qapıçısı Tərlan Əhmədli ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub 200 manat məbləğində cərimələnib.
Azarkeşlər matçın rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr işlətdikləri üçün meydan sahibləri 4 000 manat ziyana düşüblər. “Turan Tovuz” meydana kənar əşyaların atılmasına görə 1 600 manat ödəyəcək. Bundan əlavə, klub bəzi kənar şəxslərin meydana girməsi səbəbindən 1 600 manatından keçməli olacaq. Tovuz təmsilçisi pirotexniki vasitələrdən istifadəyə görə isə 800 manat məbləğində cəriməyə məruz qalıb.
“Kəpəz” tərəfdarları da rəsmi şəxslərin ünvanına təhqiramiz ifadələr işlədərək Gəncə təmsilçisini 4 000 manat ziyana salıblar. Komandanın oyunçusu Mate Kvrikvia ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir oyunluq cəzaya, klub bunun üçün 200 manat cəriməyə məruz qalıb.
Qərara əsasən, “Kəpəz” klubunun azarkeşləri tərəfindən stadiona dəymiş ziyan (oturacaqların sındırılması) Gəncə təmsilçisi tərəfindən tam ödənilməlidir.