Fransada 2022-ci il dünya çempionatının finalının təkrar keçirilməsini tələb edirlər.
Petisiya Fransanın “Mesopinions” platformasında yayılıb. Ona artıq 200 mindən çox şəxs imza atıb.
“Hakimlik tamamilə satılıb, penalti yox idi. Argentinanın 2-ci qolunda Mbappeyə qarşı kobudluq var idi!”, – petisiyada qeyd olunub.
Xatırladaq ki, DÇ-2022-nin finalında Argentina penaltilər seriyasında Fransaya qalib gəlib. Əsas vaxt 2-2 hesabı ilə başa çatıb və komandalar əlavə vaxtda hərəyə daha bir qol vurublar.
Matçı Şimon Marçinyakın başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Mənbə: sports.ru