“Google” gələn mövsümdən oyunların yayımlanmasına görə ABŞ-ın Milli Futbol Liqasına ildə 2,5 milyard dollar ödəyəcək.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, “Google” və liqa arasında bununla bağlı uzunmüddətli müqavilə bağlanılıb.
Müqavilənin müddəti “DirectTV” ilə başa çatandan sonra lisenziyaya “Amazon.com Inc.”, “Apple Inc” və “Walt Disney Co.” maraqlı olublar.
Qeyd edək ki, “NFL Sunday Ticket” paketi “YouTubeTV” abunəçiləri üçün ödənişli olacaq. Aylıq abunə isə 64,99 ABŞ dollarına başa gəlir.