Kemeron Diaz səkkiz illik fasilədən sonra çəkiliş meydançasında göründü

Kemeron Diaz səkkiz illik fasilədən sonra çəkiliş meydançasında göründü

50 yaşlı aktrisa Kemeron Diaz səkkiz illik yaradıcılıq fasiləsindən sonra “Back in Business” filminin çəkiliş meydançasında görünüb.

O, “Netflix”in komediyasında rol alacaq.

Aktyor heyətinə Ceymi Foks və Tom Bredi də qatılıb.

Filmin rejissoru Set Qordondur.

Qeyd edək ki, Diaz ailəsinə vaxt ayıra bilmək və həyat prioritetlərini düzgün təyin etmək üçün yaradıcılıq fasiləsi vermək qərarına gəldiyini bildirib.

Mənbə: gazeta.ru

Share: