Hansı ölkə Yeni il süfrəsinə nə düzür?

Hansı ölkə Yeni il süfrəsinə nə düzür?

Yeni il Bayramı — ilin sonuncu günündən növbəti təqvim ilinə keçid ilə əlaqədər keçirilən ən məşhur bayramdır. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Lakin bir çox ölkədə Yeni il süfrəsini bəzəməklə bağlı müxtəlif adətlər var.

“Qafqazinfo” həmin ölkələrin adətlərini təqdim edir:

Azərbaycanda Yeni il süfrəsi ilə bağlı hər hansı inanc yoxdur. Süfrə fəslə uyğun olan təamlarla bəzənilir.

Almaniyada isə süfrəyə 12 ədəd soğan qoyurlar. Bunlar yemək üçün yox, gələn ilin hava proqnozlarını müəyyənləşdirmək üçündür. Belə ki, on iki ədəd baş soğanın alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni göstərəndə soğanlara baxırlar. İnanca görə, hansı soğan duzu əridibsə, o aylar yağmurlu, qalanları isə quraqlıq keçir.

Rusiyada inanca görə, Yeni il gecəsi süfrə nə qədər bol və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur. Onlar düşünürlər ki, belə olan halda evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanılır.

Macarıstanda Yeni il süfrəsinə qaz, ördək, toyuq qoymurlar. Onlar da ruslar kimi düşünürlər ki, yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayət edirlər ki, ailə qura bilsinlər.

Rumıniyada Yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirilir. Əsasən, pul, gümüş üzük, istiot qoyulur. Qarşısına istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.

Finlandiyada isə Yeni il süfrəsinə mütləq gavalı kiseli, düyü sıyığı qoyulur.


Share: