Xameneyinin bacısı qızı aclıq aksiyasına başladı

Xameneyinin bacısı qızı aclıq aksiyasına başladı

İranın ali rəhbəri Seyid Əli Xameneyinin həbsdə olan bacısı qızı Fəridə Muradxani aclıq aksiyasına başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Fəridə Muradxaninin qardaşı Mahmud Muradhani məlumat verib.

“Fəridə Muradxani ev dustaqlığına baraxılmaq üçün  etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb”,-deyə Mahmud Muradhani məlumat verib.

Qeyd edək ki, Fəridə Muradxani 15 il müddətinə azadlıqdan məhrum edilib.


Share: