Yeni ilə şou proqramla girmək istəyənlər adambaşına minimum 70 manat xərcləməlidirlər. Bu qiymət 450 manatadək, hətta daha da arta bilər.
Xezerxeber.az-ın məlumatına görə, məkandan və şou proqramda iştirak edən müğənninin populyarlığından asılı olaraq qiymətlər dəyişir.
Qiymətlərdə menyu isə bir o qədər də önəm daşımır.
Restoran inzibatçısı Rəşad Abdullayev bildirib ki, qiymətlərin baha olmasına səbəb həm də yerli müğənnillərin Yeni il gecəsi qiymətləri artırmasıdır. Hətta 500 manata toya gedən tanınmamış müğənni də yeni il gecəsi üçün 2000 manat pul istəyir. Bildirilib ki, bahalıqla əlaqədar bu il müştərilərin sayı əvvəlki illərə nisbətən azdır.
Digər şadlıq evinin inzibatçısı Zaur Xuduyev isə Bakıda müştəri azlığının səbəbini insanların Yeni ili daha çox rayonlarda keçirməyə üstünlük vermələri ilə əsaslandırıb.
İnsanların rayonlara marağının səbəbi isə bölgələrə qar yağmasıdır.
O da qeyd olunub ki, Yeni il tədbirləri adətən qazancdan şox reklam və rəqabət xarakterlidir. Belə şənliklərdən sıradan toyun qazancından artıq gəlir gözlənilmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: