Rusiyalı ekstrasens Türkiyədə ölü tapıldı: Sevgilisi İrana qaçdı

Rusiyalı ekstrasens Türkiyədə ölü tapıldı: Sevgilisi İrana qaçdı

Dekabrın 25-də Yakutiyadan olan ekstrasens Qalina Trofimovanın ölümü ilə bağlı məlumat yayılıb.

Bu yaxınlarda İstanbulda iki uşağı ilə yaşamağa başlayan qadın Həbib adlı kişi ilə münasibət qurub.

Mərhumun yaxınları əmindirlər ki, Qalinanın ölümündə məhz Həbibin əli olub. O, artıq qaçaq düşüb və İranla sərhəddi keçib.

Qeyd edək ki, sağlığında uğurlu ekstrasens sayılan Qalina Trofimova Moskvada yaşayıb. Sonradan qızı və oğlu ilə birlikdə Türkiyəyə köçüb.

Mənbə: starhit.ru

Share: