“Avatar 2” Disney filmlərinin 2022-ci ildə 4 milyard dollardan çox gəlir əldə etməsinə kömək edib.
Kulis.az xəbər verir ki, Walt Disney Studios-un 2022-ci ildəki kassa gəliri 4 milyard dolları ötüb.
Bu Ceyms Kemeronun elmi-fantastik blokbasteri “Avatar: Suyun Yolu”nun dünya miqyasında kassada 681 milyon dollardan çox gəlir əldə etməsindən sonra baş verib.
Avatardan başqa bu il ən çox gəlir gətirən Disney filmləri Sam Raiminin “Doctor Strange: Into the Multiverse of Madness” (955 milyon dollar), Rayan Cooglerin “Black Panther: Wakanda Forever” (791 milyon dollar) və Taikinin”Thor: Love and” filmləri (761 milyon dollar) olub.
Qeyd edək ki, Disney artıq səkkizinci dəfədir belə nəticələrə nail olur.