“Möhürləri yerə atıb söyməyə başladı”: Məsciddə baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA

“Möhürləri yerə atıb söyməyə başladı”: Məsciddə baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA

Göyçayda yerləşən məsciddə baş verən insidentlə bağlı həbs olunan var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, dekabrın 17-də Göyçay şəhəri ərazisində yerləşən məscidlərin birində rayon sakini F.Məmmədyarov ucadan səs-küy salıb və xırda xuliqanlıq hərəkətlərinə yol verib.

Polis əməkdaşları tərəfindən həmin şəxs şöbəyə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə o, 25 sutka inzibati həbs edilib.

F.Məmmədyarov polis şöbəsinin müvəqqəti saxlama yerində olarkən onun hərəkətlərində psixoloji problemləri olmasına dair şübhələr yarandığından Göyçay rayon mərkəzi xəstəxanasında həkim müayinəsindən keçirilməsi təmin edilib və daha sonra müalicə alması üçün Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Hazırda həmin tibb müəssisəsində onun müalicəsi davam etdirilir.

18:30

Göyçay şəhəri, Rəsul Rza küçəsində yerləşən məsciddə insident baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məscidə gələn 1974-cü il təvəllüdlü Zülfüqar Şıxbabayev (şərti ad-soyadlı) məsciddəki möhürləri yerə ataraq söyüş söyməyə, qışqıraraq səs-küy salmağa başlayıb. O, saxlanılaraq polis şöbəsinə aparılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmədə Z.Şıxbabayev heç kimi təhqir etmədiyini deyərək barəsində bildirilənlərin əsassız olduğunu söyləyib.

Məscidin nümayəndəsi isə Rəsul Rza küçəsində yaşayan həmin şəxsin məscidə gələrək oradakı möhürləri yerə atdığını və onları söyərək təhqir etdiyini bildirib.

Göyçay Rayon Məhkəməsinin qərarı ilə Z.Şıxbabayevə 25 sutka inzibati həbs cəzası verilib.

Share: