Xanımların əksəriyyəti Yeni il axşamı geyinəcəkləri libaslara xüsusi diqqət yetirir. İlin son gününü gözəl görkəm ilə yola salmaq şübhəsiz ki, təzə ili xoş qarşılamağa səbəb olacaq.
Bəs Yeni il gecəsi gözəl və xüsusən də, iddialı görünmək üçün necə libaslar seçmək lazımdır?
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Yeni il gecəsində xanımların hansı libaslara üstünlük verməsinin onları daha dəbli edəcəyini təqdim edir:
İddialı detallar…
Yeni il gecəsi üçün paltarlarınıza lələklər və ya payet kimi iddialı detallar qatmaq sizi digərlərindən fərqləndirəcək.
Yalnız libaslar deyil…
Yeni il ərəfəsində hər kəsin ağlına paltarlar gəlsə də, iddialı kostyumlar bütün gözlərin üzərinizdə toplanmasına səbəb ola bilər. Payet və dekolteli dəstlər sizi gecənin ulduzuna çevirəcəkdir.
Transparan detallar…
Şəffaf libaslar son illərin diqqət çəkən tendensiyalarındandır. Bu iddialı görünüşü düz qara gödəkçə ilə birləşdirmək sizə ecazkar görüntü verəcək.
Olmazsa-olmaz çiçək detallı libaslar…
Möhtəşəmliyi əks etdirərkən dəbli, lakin bir o qədər də şık olmaq istəyirsinizsə, çiçək detallı paltarlara nəzər sala bilərsiz.
Yeni ili parıltı olmadan təsəvvür etmək mümkün deyil…
Yeni il parıldamaq deməkdir. 2023-ü gümüşü paltar və eyni rəngli ayaqqabılarla qarşılaya bilərsiniz.
Evdə olmaq dəbli olmağa əngəl deyil…
Bunun üçün köməyinizə mini paltarlar gələ bilər. Libaslarınızı dizdən yuxarı çəkmələrlə birləşdirə və ya stiletto seçə bilərsiniz.
Geyimlərdə olan müxtəlif bəzəklər…
Parlaqlıqdan əlavə geyimlərə əlavə onunan müxtəlif daşlar sizin gecə ərzində gözəl və ecazkər görünmənizə kömək edəcəkdir.