Çində turistlər üçün bu tarixdən karantin ləğv edilir

Çində turistlər üçün bu tarixdən karantin ləğv edilir

Çində 2023-cü il yanvarın 8-dən turistlər üçün COVID-19 ilə bağlı məcburi karantini ləğv edəcək.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu, ölkəyə gələn şəxslər üçün keçərli olacaq.

Bildirilib ki, Çinə gələrkən 48 saatdan çox vaxt qalmadan verilən neqativ koronavirus testi tələb olunacaq. Bununla da ölkə ərazisində rahat gəzmək mümkün olacaq.


Share: