Silsilə qətllərə görə Nepal həbsxanasında 19 il yatdıqdan sonra dekabrın 21-də azadlığa buraxılan silsilə qatil Çarlz Sobraj dekabrın 24-də Katmandudan vətəndaşı olduğu Fransaya gəlib.
Onu təmsil edən vəkil İzabel Kutan-Pyer ilk işinin “Netflix” və BBC-ni böhtana görə məhkəməyə vermək olduğunu söyləyib. 78 yaşlı cinayətkarın qəzəbinə 2021-ci il yanvarın 1-də yayıma çıxan “The Serpent” mini serialı səbəb olub. Kutan-Peyrenin sözlərinə görə, Sobraj özü haqqında filmə baxdıqdan sonra şirkəti məhkəməyə vermək qərarına gəlib. O, serialın keyfiyyətini bəyənməyib və ekranda göstərilənlərin 70 faizini “mütləq yalan” adlandırıb.
Bundan əlavə, qatil 2003-cü ildə saxlandığı və ömürlük həbs cəzasına məhkum edildiyi Nepala qarşı məhkəmə iddiası qaldırmağı planlaşdırır. “O, Nepal polisinin saxta sənədlərlə uydurduğu işdə haqsız yerə məhkum edilib”, – Sobrajın sözçüsü bildirib.
Qeyd edək ki, Sobraj 1970-ci illərdə Asiya ölkələrində oğurluq və fırıldaqçılıqla məşğul olduğu zaman şöhrət qazanıb. Onun 1975-1976-cı illərdə 12-20 adam öldürdüyü güman edilir. Nepalın Ali Məhkəməsi 78 yaşlı Çarlz Sobrajın yaşına görə azadlığa buraxılması barədə göstəriş verib. Cinayətkar 2003-cü ildə ömürlük həbs cəzasına məhkum edilib, lakin Nepalda bu müddət adətən 20 illə məhdudlaşır.
Mənbə: lenta.ru