Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo” Zaqreb qış transfer pəncərəsində futbolçuların satışından xeyli gəlir əldə edə bilər.
“Qafqazinfo” “Mondo” nəşrinə istinadən xəbər verir ki, Xorvatiya klubunun qarşıdakı aylarda 70 milyon avro qazanması mümkündür.
Zaqreb klubunda DÇ-2022-nin bürünc medalçısı olan Xorvatiya millisinin üzvləri çıxış edir. Bunlar Dominik Livakoviç, Josip Şutalo, Bruno Petkoviç və Mislav Orsiçdir. Qeyd olunan gəlirlərə yığmanın sözügedən futbolçularının satışı, əvvəllər “Dinamo”da çıxış etmiş digər klubların oyunçularının transfer faizi, həmçinin Mahir Emrelinin transferindən əldə olunması gözlənilən məbləğ daxildir. “Dinamo” 25 yaşlı hücumçunun satışından 1 milyon avro (təqribən 1,8 milyon manat) qazana bilər.
Qeyd edək ki, Mahir Emrelinin Türkiyənin “Antalyaspor” klubuna keçəcəyi haqda xəbərlər yayılıb.