Yaponiyanın yenidənqurma işləri üzrə naziri Keniya Akiba maliyyə pozuntuları ilə bağlı qalmaqal fonunda istefa verdiyini bildirib.
Onun ardınca bir neçə ildir ki, azlıqlara qarşı ayrı-seçkilik xarakterli bəyanatlarına görə kəskin tənqidlərdən sonra Yaponiya parlamentinin inzibati işlər və kommunikasiyalar üzrə nazirinin müavini Mio Sugita istefa verib.
Qeyd edək ki, K.Akiba 2011-ci ildən 2020-ci ilə qədər həyat yoldaşına və anasına ofis kirayəsi üçün 14 milyon yen (təxminən 105 min dollar) ödəməkdə şübhəli bilinir, halbuki bu gəlirlər bəyan edilməyib.
Bundan başqa, iddia olunur ki, 2021-ci ilin oktyabrında parlamentin Aşağı Palatasına seçki kampaniyası zamanı Akiba dövlət tərəfindən maaş alan katiblərinə təxminən 200 min yen (təxminən 1 400 dollar) ödəməklə qanunu pozmuş ola bilər.
Bundan əvvəl Yaponiyanın hakim Liberal Demokrat Partiyasından olan deputat Kentaro Sonoura yaxın ətrafına siyasi fondları ilə bağlı maliyyə qalmaqalının araşdırılması ilə əlaqədar istefa verəcəyini bildirmişdi.
Yaponiyada qalmaqallara görə inzibati işlər və kommunikasiyalar naziri Minoru Teradanın da işdən çıxarıla biləcəyi mümkündür.
Noyabr ayında Yaponiyanın Baş naziri Fumio Kişida ölüm hökmü ilə bağlı mübahisəli bəyanatlarına görə Yaponiyanın ədliyyə naziri Yasuhiro Hanaşini tutduğu vəzifədən uzaqlaşdırmaq qərarına gəlib.
Mənbə: TASS