Gəncədə ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü yolu keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən yolda dünyasını dəyişib.
Hadisəni törədən sürücü idarəetməni itirərək “VAZ-2106” və “Daewoo Nexia” markalı avtomobillərlə toqquşub. Nəticədə “VAZ-2106” avtomobilin sürücüsü xəsarət alıb.
Yaralı Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Belə ki, hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Qəzanın təfərrüatları dəqiqləşdirilir.
Yunis Quliyev