İtaliyanın Baş naziri Corca Meloni Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı onu Romaya dəvət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Meloni Ukraynada ədalətli sülhün əldə olunması üçün istənilən təşəbbüsü dəstəkləyir:
“Meloni Ukrayna lideri ilə telefon danışığı zamanı siyasi, hərbi, iqtisadi və humanitar müstəvidə söhbət aparıb. Eyni zamanda enerji infrastrukturunun bərpasında və ölkənin gələcək yenidən qurulmasında Kiyevə tam dəstəyini ifadə edib”.