Rusiya Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev Moskva ilə Kiyev arasında danışıqların nə dərəcədə mümkün olduğunu şərh edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Vasilyev Ukrayna ilə danışıqların mümkünlüyünü qiymətləndirib və bunu ABŞ-lə dialoq adlandırıb. Onun fikrincə, görüşlər Kiyev hakimiyyətinin tələbi ilə bərpa olunmayacaq.
“Mən ondan çıxış edirəm ki, bunlar Ukrayna ilə deyil, ABŞ ilə danışıqlardır. Çünki biz Ukrayna ilə danışıqlara başladıq… Amma Kiyev onların qarşısını kəsdi. Onlar isə Ukrayna rəhbərliyinin istəyi ilə bərpa olunmayacaq”, – deyə parlamentari vurğulayıb.