Cümə axşamı Vanuatu sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Vanuatunun təxminən 1,4 min nəfər əhalisi olan İzangel kəndindən 290 km cənub-şərqdə yerləşib. Mənbə 10 km dərinlikdə olub.
Sunami təhlükəsi barədə məlumat verilməyib.
Mənbə: TASS