Dünən axşam saatlarında Abşeron rayonunda bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, Masazır qəsəbəsində yerləşən hündürmərtəbəli yaşayış binasından bir nəfər şəxs yıxılaraq ölüb. Hadisə ilə bağlı polis şöbəsinə məlumat daxil olduqdan sonra Abşeron RPŞ əməkdaşları hadisə yerinə cəlb olunub. Məlum olub ki, həmin şəxs binanın 13-cü mərtəbəsindən yıxılıb. Vəfat edən şəxsin 1998-ci il təvəllüdlü Məhəmmədəli Əmiraslanov olduğu müəyyən edilib. Hadisə yerinə ekspertlər, prokurorluq əməkdaşları baxış keçirdikdən sonra meyit aisiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, mərhum yaxın günlərdə daxili işlər orqanlarında xidmət keçmək üçün sənəd veribmiş.
Amin Nəzərli