Gələcəkdən gəldiyini söyləyən “səyyah”dan sürpriz açıqlama

“Zaman səyyahı” olduğunu iddia edən @timetraveler322 ləqəbli bloqer dünyanın sonunun tarixini açıqlayıb.

Onun “TikTok” hesabından bununla bağlı yayımladığı video sosial şəbəkədə böyük maraqla qarşılanıb.

2792-ci ildən gəldiyini deyən “səyyah” keçmişə onun şirkəti tərəfindən icad edilmiş zaman maşını ilə gəldiyini iddia edir. Səyyahın sözlərinə görə, bu, bəşəriyyət tərəfindən ikinci dəfə hazırlanmış maşındır. O isə bu maşının ilk istifadəçisi olmaq şərəfinə nail olub.

O həmçinin qeyd edib ki, izləyicilərin ondan tez-tez dünyanın axırının nə vaxt gələcəyini soruşmasına görə istifadəşilərin marağını təmin etmək qərarına gəlib.

“Gələcəkdən gələn qonaq” videosunda Yerin 2788-ci il iyulun 6-da nəhəng meteoritlə toqquşma nəticəsində məhv olacağını deyib. Bununla belə, o, planetin məhvinin bütün bəşəriyyətin sonu olmayacağını vurğulayıb.

“Səyyah”ın sözlərinə görə, o vaxta qədər insanlar Marsda koloniya quracaqlar. Üstəlik, o bildirib ki, Qırmızı Planetdə olduqdan 17 il sonra insanlar orada tək olmadıqlarını görəcəklər.

Mənbə: Lenta.ru

Share: