Türkiyə Silahlı Qüvvələri və ASO birləşmələri Raco bölgəsindən sonra Badənli qəsəbəsini terrorçulardan təmizləyib.
Müstəqil.Az xəbər verir ki, 8 min nüfuzu olan qəsəbə Raco-Afrin bölgəsi üçün strateji əhəmiyyətə malikdir.
“Məhəmməd Fateh” birliyinin komandiri Mahmud Süleyman günorta saatlarında başlayan əməliyyatlar zamanı 1 üzvlərinin şəhid olduğunu, 6 nəfərin isə yaralandığını söyləyib.
Qeyd edək ki, TSQ və ASO birləşmələri bundan öncə Raco bölgəsini və strateji əhəmiyyətli Bafilyun dağını terrorçulardan təmizlədiyini açıqlamışdı.
Müstəqil.Az