Əfqanıstanda yerli istehsal olan idman avtomobilinin təqdimatı keçirilib

Əfqanıstanda, adətən, avtoyürüşlərdə istifadə edilən sürətli idman avtomobili hazırlanıb.

Yerli istehsal olan idman avtomobilini Məhəmməd Rza Əhmədi adlı Əfqanıstan vətəndaşı hazırlayıb.  

Avtomobilin təqdimetmə mərasiminə “Taliban” hökumətinin müdafiə nazirinin müavini Qulam Heydər Səhamət da qatılıb. 

Qulam Heydər Səhamət layihəni həyata keçirən şəxsin işini yüksək qiymətləndirib, bu nümunəni ölkənin özünü təmin etməsi və çiçəklənməsi yolunda mühüm addım kimi qiymətləndirib.

“Taliban” hökumətinin nümayəndəsi avtomobili hazırlayan şəxsə pul mükafatı da təqdim edib.

Mənbə: Sputnik Əfqanıstan

Share: