İraqdakı kürdlər 2018-ci il büdcəsinin təsdiqlənməsindən sonra Bağdaddakı prezident iqamətgahından çıxmağı və siyasətdən uzaqlaşmağı planlaşdırır.
Müstəqil.Az xəbər verir ki, bu barədə kürd millət vəkili Adil Nuri məlumat yayıb. Çəkilmə planlarında bir sıra faktorların rol oynadığını deyən Nuri ortaqlarının onlara başqa çıxış yolu buraxmadığını söyləyib.
Qeyd edək ki, İraqda kürd millət vəkilləri əvvəlki illərdən fərqli olaraq, 2018-ci ilin büdcəsində Ərbilə 17 faiz əvəzinə 12.6 faiz pay ayrılmasını boykot edib. Etirazlara məhəl qoymayan məclis səs çoxluğu ilə büdcəni təsdiqləyib.
Müstəqil.Az