Somalinin mərkəzində yerləşən Mahas şəhərində federal parlament deputatının ofisinin qarşısında iki minalanmış avtomobil partladılıb.
Nəticədə ən azı 15 nəfər həlak olub. Ölənlər arasında məmurlar da var.
Hadisənin terrorçu-kamikadzelər tərəfindən törədildiyi ehtimal olunur. Hakimiyyət partlayışlara görə məsuliyyəti “Əş-Şəbab” qruplaşmasının üzərinə qoyub.
Mənbə: “Somali Guardian”