İngiltərə Premyer Liqasının (İPL) XIX turunda daha dörd qarşılaşma oynanılıb.
Oxu.Az xəbər verir ki, gecənin ilk matçında “Sauthempton” “Nottingem Forest”lə qarşılaşıb.
“Müqəddəslər” matçdan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.
“Lids” isə öz meydanında “Vest Hem”lə xalları yarı bölüb – 2:2.
“Aston Villa” və “Vulverhempton” da öz aralarındakı qarşılaşmada bir xala qane olublar – 1:1.
Gecənin ən maraqlı matçı isə Londonda baş tutub.
“Tottenhem”i qəbul edən “Kristal Palas” darmadağın olub. Harri Keynin dubl etdiyi matçda Doherti və Son da fərqlənərək 4:0 hesablı qələbəyə öz təhvələrini veriblər.