“Ford F-Series” avtomobil ailəsi 2022-ci ildə ABŞ-da ən çox satılan pikap adını qoruyub saxlayıb.
Avtomobil istehsalçısının mətbuat xidməti xəbər verir ki, bu avtomobil modeli 46 ildir ki, eyni titula sahibdir.
Bundan əlavə, 41 ildir ki, F-Series ABŞ-da ən çox satılan avtomobildir. Məlumata görə, 2022-ci ildə şirkət bu pikaplardan 640 min ədəd satıb. Amerikalılar hər 49 saniyədə bir Ford pikapı alıblar.
Qeyd edək ki, 2023-cü ildə sözügedən modelin satışa çıxarılmasından 75 il ötür.
Mənbə: gazeta.ru