Qərbi Azərbaycandan deportasiya edilənlərin siyahıya alınması ilk mərhələdə hansı illər üzrə aparılır?

Qərbi Azərbaycandan deportasiya edilənlərin siyahıya alınması ilk mərhələdə hansı illər üzrə aparılır?

Ötən əsrdə Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın siyahıya alınması prosesi ilk olaraq 1988-1991-ci illərdə həmin ərazilərdən çıxarılanlarla bağlı aparılır. Bu tarixdə deportasiya olunan soydaşlarımızın əksəriyyəti həyatdadır. Onların şəxsiyyət vəsiqələri (pasport), həmçinin Ermənistan SSR-də təhsil aldıqlarına dair, eləcə də mülkiyyətləri ilə bağlı sənədləri var.

Bunu Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar AZƏRTAC-a açıqlamasında söyləyib.

“Xronologiya baxımından sonuncu deportasiya (1988-1991-ci illər) yaxın vaxtda baş verdiyindən işimizin daha sürətli getməsi üçün prosesə həmin dövrdən başlamışıq. Həmin dövrdə azərbaycanlıların yaşadıqları 300 yaşayış məntəqəsindən 150-dən çoxunun əhalisi hazırda siyahıya alınıb və bu istiqamətdə iş davam etdirilir”, – Ülviyyə Zülfiqar deyib.

Mətbuat katibi bildirib ki, əlavə olaraq digər deportasiyalar (1905, 1918-1920, 1948-1953) zamanı ata-baba yurdlarından çıxarılan azərbaycanlılar da qeydiyyata alınır. Lakin hələ ki, əsas diqqət 1988-1991-ci illərdəki deportasiyaya yönəldilib. Bu proses yekunlaşandan sonra digər illərdə zərər görənlərin və onların varislərinin qeydiyyatı tam şəkildə aparılacaq.

Share: